“Mançester Siti” 100 milyonluq transferə hazırlaşır

“Aston Villa” klubunun və İngiltərə milli komandasının futbolçusu Cek Qriliş karyerasını “Mançester Siti”də davam etdirməyə yaxındır.

Komanda.az “talkSport”a istinadən xəbər verir ki, “şəhərlilər” 25 yaşlı yarımmüdafiəçinin keçidini tamamlamaq üzrədir. “Mançester Siti”nin Qriliş üçün “Aston Villa” ilə 100 milyon funt-sterlinq qarşılığında razılaşdığı bildirilir.

Qriliş ötən mövsüm “Aston Villa” ilə 27 oyunda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button