“Aston Villa” İngiltərə millisinin üzvü ilə maraqlanır

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

26 yaşlı futbolçunun transferində “Aston Villa” maraqlıdır. İngiltərəli yarımmüdafiəçinin bazar dəyəri 65 milyon avro olaraq qiymətləndirilir.

Gibbs-Uaytla “meşəçilər” arasındakı müqavilənin müddəti 2028-ci ilin iyununun sonunda başa çatacaq. İngiltərə millisinin üzvü cari Premyer Liqa mövsümündə 26 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Aston Villa” hazırda İngiltərə çempionatında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Nottingem Forest” isə 17-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button