“Aston Villa” aparıcı oyunçusunu itirə bilər

“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers mövsümün sonunda komandadan ayrılmağı düşünür.

Komanda.az “Talk Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu klubun UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi halında ayrılma variantını dəyərləndirə bilər.

İngiltərəli futbolçu 2024-cü ilin fevralından “Aston Villa”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə verib.

Morqanın klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button