Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Slovakiyanın “Jilina” və Çexiyanın “Yablonets” komandaları arasındakı cavab oyununda iş başında olacaq.

Xudiyev bu dəfə Estoniyadan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, “Jilina” – “Yablonets” matçı avqustun 26-da Jilinada baş tutacaq. Bu komandalar arasındakı ilk oyunda Çexiya təmsilçisi 5:1 hesablı qələbəyə sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button