
Lautaro Martinesin arzusu
“İnter”in hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasını qazanmaq istədiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, bunun arzusu olduğunu söyləyib:
“Dünya çempionatını qazanmaq futbolda əldə edə biləcəyiniz ən vacib şeydir. Amma mənim hələ də bir arzum var. O da Çempionlar Liqasını qazanmaqdır.
Heç vaxt “İnter”in tarixində ən çox qol vuran üçüncü oyunçusu olacağımı düşünməmişdim. Amma zəhmətlə hər şey mümkündür. Kapitan sarğısını taxmaqdan qürur duyuram”.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



