
De Bruynedən maraqlı etiraf
“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne etiraf edib ki, artıq futbola əvvəlki qədər bağlılıq hiss etmir.
Komanda.az xəbər verir ki, “The Touchline”-a danışan belçikalı futbolçu bunları deyib:
“Artıq futbola əvvəlki kimi sevgi duymuram. Düşünürəm ki, bu normaldır. 30 yaşdan sonra istənilən işdə olduğu kimi futbolda da maraq bir qədər azalır”.
34 yaşlı oyunçu “Napoli”yə ötən yay “Mançester Siti”dən transfer olunub. O, Neapol təmsilçisinin heyətində bütün turnirlərdə 15 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
De Bruynenin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



