“Artıq bütün diqqətimi milliyə yönəldəcəm” – Renat Dadaşov

“Oyuna ciddi hazırlaşmışdıq. Çətin dönəmdən sonra qələbəyə inanmaqdan əl çəkmədik. Qol vurduğum üçün xoşbəxtəm. Artıq bütün diqqətimi milli komandaya yönəldəcəm”.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin və “Qrasshopper” klubunun futbolçusu Renat Dadaşov evdə “Bazel”ə 1:0 hesabı ilə qalib gəldikləri İsveçrə Super Liqasının 16-cı tur oyunundan sonra açıqlamasında deyib.

Görüşdəki yeganə qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı müdafiə olunduqlarını bildirib:

“Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən üç xal qazandıq.

Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır”.

Renat “Bazel”lə oyunun 34-cü dəqiqəsində fərqlənib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button