Keçmiş futbolçusu Artetanı “yüngülcə” tənqid etdi

“Arsenal”ın sabiq yarımmüdafiəçisi Jorjinyo 34 yaşında karyerasında yeni səhifə açaraq, Braziliyaya qayıdıb və “Flamenqo”ya qoşulub.

Braziliyanın cənubunda, İmbituba şəhərində doğulan futbolçu uzun illər Avropada çıxış etdikdən sonra karyerasını vətənində davam etdirmək qərarına gəlib. O, 2023-2025-ci illərdə “Arsenal”da çıxış edib.

Komanda.az xəbər verir ki, “The Times” nəşrinə açıqlama verən Braziliya əsilli italiyalı oyunçu, keçmiş baş məşqçisi Mikel Artetanı dolayı yolla tənqid edib. Onun sözlərinə görə, Artetanın standart vəziyyətlərə çox vaxt ayırması futbolçuda oyunun “əyləncəli hissə”sini azaldıb:

“Arteta standart vəziyyətlər üzərində çox işləməyi sevir, amma mənim üçün bu, məktəbdəki ev tapşırığı kimidir. Mən futboldan yenidən zövq alacağım bir yerə ehtiyac duyurdum”.

Jorjinyonun karyerasında “Arsenal”dan başqa, “Çelsi”, “Napoli” və İtaliya millisindəki çıxışlar da yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button