Arteta: “Simeoneni yaxşı başa düşürəm”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının “Atletiko” ilə yarımfinal oyunundan sonra həmkarı Dieqo Simeoneyə dəstək olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Simeone və mən bir-birimizi yaxşı tanıyırıq. Finala bu qədər yaxın olanda həmişə mübarizədən kənarda qalmaq çətindir. Mən bunun necə olduğunu bilirəm və bir il əvvəl eyni şeyi yaşadığım üçün Simeoneni yaxşı başa düşürəm”.

İngiltərə klubu 2024/25 mövsümündə Çempionlar Liqasının yarımfinalında PSJ-yə (ümumi 1:3) məğlub olub. Bu mövsüm isə komandalar finalda qarşılaşa bilərlər, amma bunun üçün parislilər “Bayern”i məğlub etməlidirlər.

”Arsenal” və “Atletiko” arasında keçirilən ilk matç 1:1 hesablı heç-heçə, cavab oyunu isə 1:0 hesabıyla ingilislərin qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button