
Arteta Enrikeyə heyranlığından danışdı
“Arsenal”ın baş məşqçisi Mikel Arteta, PSJ-nin çalışdırıcısı Luis Enrike barədə fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, həmkarının məşqçi kimi keyfiyyətlərini yüksək qiymətləndirib:
“Luis Enrike futbolçu olarkən onun oyununa heyran idim. Məşqçi karyerasında isə təkcə rəhbərlik keyfiyyətləri deyil, oyuna taktiki təsiri də önəmlidir. Enrike fikirlərini futbolçulara çox yaxşı çatdırır. Bu, onun supergücüdür. Münasibətlərimizdə yalnız qarşılıqlı hörmət var”.
“Arsenal” və PSJ mayın 30-da UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcək. Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



