Arteta: “Bizim üçün çox çətin olacaq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının UEFA Çempionlar Liqasının 1/4 finalında qarşılaşacağı Lissabon “Sportinq”i haqqında danışıb.

“Topçular” 1/8 finalın cavab matçında 2:0 hesablı qələbə qazanaraq, Leverkuzen “Bayer”ini (ilk oyun – 1:1) mübarizədən kənarlaşdırıb. “Sportinq” Norveç təmsilçisi “Budo-Qlimt”ə qarşı möhtəşəm bir geridönüş edib və ilk oyunda 3:0 hesablı məğlubiyyətdən sonra evdə 5 cavabsız qol vuraraq, 1/4 final mərhələsinə keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı “Sportinq”lə oyunların çox çətin olacağını bildirib:

“Sportinq”lə sonuncu görüşümüzdən (2024-cü ilin noyabrında 5:1 hesablı qələbə) tamamilə fərqli bir oyun gözləyirik. Onların ilk hissəsini izlədim, yüksək keyfiyyətli komandadır. Bizim üçün çox çətin olacaq”.

Çempionlar Liqasının 1/4 final oyunları 7-8 və 14-15 aprel tarixlərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button