
Sabiq futbolçu Artetanı tənqid etdi – Qapıçı seçiminə görə
Sabiq futbolçu Ceymi Karrager, “Arsenal”ın baş məşqçisi Mikel Artetanı Liqa kubokunun finalında, “Mançester Siti”yə qarşı oyunda (0:2) qapıçı Kepa Arrisabalaqanı seçdiyinə görə tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Arteta Arrisabalaqaya heç nə borclu deyil. O, azarkeşlərə 6 ildən sonra ilk kuboklarını qazanmaq üçün ən yaxşı şansı verməli idi. Pep Qvardiola və onun qapıçısı Ceyms Traffordla vəziyyət tamamilə fərqlidir. Baş məşqçi ona bir şey borcludur, çünki o, onların əsas qapıçısı kimi müqavilə imzalayıb”.
Arteta özü oyundan sonrakı açıqlamasında qərarından peşman olmadığını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



