
Arteta ən yaxşı məşqçi seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, bu ada “Arsenal”ın çalışdırıcısı Mikel Arteta layiq görülüb. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
“Arsenal” mart ayında keçirdiyi hər üç oyunda qələbə qazanıb. London təmsilçisi “Çelsi”yə 2:1, “Brayton”a 1:0 və “Everton”a 2:0 hesabı ilə qalib gəlib.
Arteta bu mükafat uğrunda Eddi Hou (“Nyukasl”), David Moyes (“Everton”), Regs Le Bris (“Sanderland”) və Fabian Hürzeler (“Brayton”) ilə rəqabət aparıb.
Hazırda “Arsenal” 31 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



