
“Arsenal”ın yay transfer planı məlum olub
“Arsenal” yay transfer pəncərəsi üçün heyəti gücləndirmə planı üzərində artıq fəal işləməyə başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın əsas prioritetləri sol cinah və mərkəz hücumçusu mövqelərinə yeni futbolçuların cəlb olunmasıdır.
Klubun idman direktoru Andrea Berta yay transferləri ilə bağlı bazarı araşdırır, potensial namizədlərlə əlaqələr qurur və mümkün variantları dəyərləndirir. Rəhbərlik “Atletiko”da çıxış edən Xulian Alvaresin vəziyyətindən xəbərdardır. Maraqlar siyahısında həmçinin, “Levante”nin hücumçusu Etta Eyonqun da adı yer alır.
Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” İngiltərə Premyer Liqasında 22 turdan sonra turnir cədvəlinə başçılıq edir. London klubu ən yaxın izləyiciləri olan “Mançester Siti” və “Aston Villa”nı 7 xal qabaqlayır.
Bizi Facebook-da izləyin



