“Ronaldonu “Arsenal”a gətirəcəkdik, Ferqyuson onu əlimdən aldı”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Kriştiano Ronaldonun “Mançester Yunayted”ə qayıdışı haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Venger, 2003-cü ildə Ronaldonu “Arsenal”a gətirmək istədiyini də qeyd edib:

“Ronaldonu “Arsenal”a gətirəcəkdik, Aleks Ferqyuson onu əlimdən aldı. Bu gün də eyni şeyi “Mançester Siti”yə etdi. Ronaldo bizim bazamızda idi, formanı geyinmişdi. O vaxt Karloş Keyruş Ferqyusonun köməkçisi idi. Ronaldonu razı sala bildilər və biz onun üçün 4 milyon ödəyəcəkdiksə, “Mançester Yunayted” 12 milyon avro verdi.

Bu transferi təkcə idman prinsipləri ilə açıqlaya bilmərik. Burda peşəkarlıqla yanaşı, xüsusi duyğular da yer aldı. “Mançester Yunayted”də balansı qorumaq çətin olacaq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button