
“Arsenal”ın qolları Şmeyxeli əsəbiləşdirir
“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel “Arsenal”la bağlı açıqlama verib və “topçular”ın hakimlikdən müəyyən üstünlük qazandığını iddia edib.
Danimarkalı keçmiş futbolçu bildirib ki, rəqib komandalar xüsusilə, künc zərbələri zamanı qapıçılara edilən bloklardan şikayət edirlər və bu halların çoxu “Arsenal”ın xeyrinə verilir.
Komanda.az xəbər verir ki, Şmeyxel “Viaplay”-in efirində belə deyib:
“Arsenal” bütün mövsümboyu rəqib qapıçılara blok qoyur. Bu cür qollar sayılmasa idi, onlar heç vaxt zirvədə olmazdılar. Bu, çox ədalətsizdir və məni əsəbiləşdirir”.
“Arsenal” son turda “Vest Hem” üzərində qələbə (1:0) qazanıb. Komanda hazırda turnir cədvəlində 79 xalla liderdir və bir oyun az keçirən “Mançester Siti”ni 5 xal qabaqlayır.
Bizi Facebook-da izləyin



