“Arsenal”ın çempionluq üçün yaxşı şansı var” – Venger

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasının cari mövsümündə London klubunun qalib gəlmək şansları haqda danışıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, bu mövsüm “Arsenal”ın şansının yüksək olduğunu deyib:

“Mən deyərdim ki, “Arsenal”ın bu mövsüm Premyer Liqa çempionluğu üçün yaxşı şansı var. Çempionatda super dominant komanda görmürəm. İndi titul qazanmaq üçün yaxşı fürsətdir. Təbii ki, bu mövsüm xüsusidir, çünki ortasında dünya çempionatı keçiriləcək və bunun ayrı-ayrı oyunçuların, komandaların çıxışına nə dərəcədə ciddi təsir edəcəyini hamı bilir. Amma ümumilikdə “Arsenal”ın yaxşı fürsəti var”.

“Arsenal” 7 matçda 18 xal toplayıb və Premyer Liqada turnir cədvəlində birinci yerdədir. 

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button