“Arsenal”ın futbolçusu “Barselona”ya keçmək istəyir

“Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo gələn yay “topçular”la müqaviləsi başa çatdıqdan sonra “Barselona”nın oyunçusu olmaq istədiyini bildirib.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, italyan yarımmüdafiəçi ilə “Barselona” da maraqlanır, çünki onun keyfiyyətləri komandaya uyğundur. Onun Kataloniya klubuna azad agent kimi keçmək ehtimalı var. “Barsa”nın idman direktoru Dekunun şəxsən Jorjinyonun oyun tərzini bəyəndiyi vurğulanır.

Jorjinyonun agenti daha əvvəl müştərisinin prioritetinin “Arsenal”la müqaviləsini uzatmaq olduğunu bildirmişdi.

32 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 26 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button