Venger Artetaya “yox” deyib

“Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, London təmsilçisinin keçmiş çalışdırıcısı Arsen Venger haqda danışıb:

“Vengerdən ilham alıram. O olmasaydı, bu gün burda olmazdım, sahib olduğum karyeranın ləzzətini görə bilməzdim. Venger baş məşqçi olmağımda böyük rol oynadı. Gənc idim və bəzi məsləhətlərə ehtiyacım var idi.

Venger məni daha da böyütdü və fərqli olmağıma səbəb oldu. “Arsenal”da işə başlayanda Vengerə mənimlə birlikdə çalışmağı təklif etsəm də, cavabı “yox” oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button