İngiltərə klubunun Alvares planı

“Arsenal” “Atletiko”nun hücumçusu Xulian Alvaresin transferi ilə maraqlanır.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, “topçular” hücum xəttində ayrılıq baş verəcəyi təqdirdə, argentinalı futbolçu üçün rəsmi təklif irəli sürməyə hazırdır. “Arsenal”ı tərk etməyə namizəd kimi Kay Haverts və Viktor Qyokereşin adları çəkilir.

26 yaşlı futbolçunun dəyəri 90 milyon avro olaraq qiymətləndirilir. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.

Alvares cari mövsümdə La Liqada 29 oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button