“Arsenal”dan gənc hücumçusu ilə yeni müqavilə

İngiltərənin “Arsenal” klubu hücumçusu Folarin Baloqanla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı hücumçu ilə uzunmüddətli sözləşmə imzalanıb. Lakin müqavilənin dəqiq müddəti açıqlanmayıb. Britaniya mətbuatı isə tərəflərin 2025-ci ilin yayına qədər anlaşdığını yazıb.

Qeyd edək ki, ingiltərəli forvard “Arsenal”ın öz yetirməsidir. O, bu mövsümün əvvəlindən London klubunun əsas komandasında çıxış edir. Gənc hücumçu “topçular”ın heyətində 6 oyun keçirib və 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button