“Arsenal”dan 25 milyon avroluq transfer

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, London klubu 22 yaşlı polşalı müdafiəçi Yakub Kivyorla müqavilə imzalayıb.

İngiltərə təmsilçisi bu transfer üçün İtaliyanın “Spetsiya” klubuna 25 milyon avro ödəyib. Gənc futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Polşalı yeni komandasında 15 nömrəli forma geyinəcək.

Kivyor Polşa millinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button