
“Arsenal”da yeni müqavilə
“Arsenal” hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilə qədər nəzərdə tutulub.
Saka “Arsenal”ın yetirməsidir. O, cari mövsüm “topçular”ın heyətində 34 oyunda meydana çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Ümumilikdə Saka “Arsenal”da 297 oyunda forma geyinib, 78 qola imza atıb və 78 assist edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



