“Arsenal”da itki

“Arsenal”ın hücumçusu Qabriel Jezus sıradan çıxıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı forvard əzələ zədəsi səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

26 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Sevilya” ilə oyununda (2:1) zədələnərək 81-ci dəqiqədə əvəzlənmişdi.

Jesus bu mövsüm meydana çıxdığı 7 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button