“Arsenal” yoxlama oyunu keçirəcək

“Arsenal” İspaniya komandasına qarşı yoxlama oyunu təyin edib.

Komanda.az “topçular”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mikel Artetanın komandası “Betis”lə qarşılaşacaq. Yoxlama oyunu avqustun 5-də İrlandiyada keçiriləcək.

“Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 31 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ikinci yerdə qərarlaşan “Mançester Siti”dən 9 xal qabaqdadır.

Artetanın yetirmələri Premyer Liqadakı növbəti oyununu aprelin 11-də, evdə “Bornmut”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button