“Arsenal” onunla yollarını ayıracaq – Bakıdakı oyundan sonra

“Arsenal”ın futbolçusu Loran Koselni yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “topçular”dan ayrılmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Arsenal”ın Koselninin müqaviləsinə xitam verəcəyi və fransız futbolçunun Avropa Liqasının final matçından sonra komandadan ayrılacağı bildirilir.

Fransa millisinin də formasını geyinən Koselninin adı “Milan”la hallanır. Müdafiəçinin “topçular”la hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir.

Avropa Liqasının final matçında “Çelsi” ilə “Arsenal” üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma mayın 29-da, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button