“Arsenal” PSJ-nin futbolçusu ilə maraqlanır

“Arsenal” PSJ-nin vingeri Bredli Barkola ilə ciddi şəkildə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” artıq 22 yaşlı futbolçu barədə bütün zəruri məlumatları toplayıb və onun transferi ilə bağlı ilkin araşdırmaları tamamlayıb.

Barkola ilə yalnız London klubu deyil, həm də “Barselona” və “Liverpul” yaxından maraqlanır. Beləliklə, onun uğrunda Avropanın bir neçə top-klubu mübarizə aparır.

Fransalı futbolçu bu mövsüm PSJ-nin heyətində Liqa 1-də 26 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button