
“Arsenal” braziliyalı futbolçu üçün yaxşı təklif gözləyir
“Arsenal”ın vingeri Qabriel Martinelli mövsümün sonunda komandanı tərk edə bilər.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “topçular”ın rəhbərliyi braziliyalı futbolçu üçün yaxşı təklif gələcəyi təqdirdə, onunla yolları ayırmağa hazırdır.
Martinellinin karyerasını davam etdirə biləcəyi əsas variantlardan biri kimi “Atletiko” göstərilir. Madrid təmsilçisinin yay transfer pəncərəsində onu heyətinə qatmaq üçün addım atacağı bildirilir.
24 yaşlı oyunçunun “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



