“Arsenal” onu sata bilər – Tez-tez zədələnir

“Arsenal”ın müdafiəçisi Rikardo Kalafiori mövsümün sonunda komandadan ayrıla bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, London klubunda 23 yaşlı futbolçunun tez-tez zədələnməsindən narahatlıq var və bu səbəbdən, onun satış variantı nəzərdən keçirilir.

Kalafiori bu yaxınlarda zədəsini sağaldaraq İngiltərə kubokunda “Uiqan”a qarşı oyuna hazır idi. Ancaq o, matçöncəsi isinmə hərəkətləri zamanı yenidən zədə alıb.

“Arsenal” italiyalı müdafiəçini 2024-cü ilin yayında “Bolonya”dan 45 milyon avro qarşılığında transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button