Yens Lemann şotlandların “radar”ında

“Arsenal” klubunun və Almaniya milli komandasının keçmiş qapıçısı Yens Lemann Şotlandiyada çalışa bilər.

Komanda.az xəbər verir ki, 50 yaşlı sabiq futbolçu “Dandi Yunayted” klubuna baş məşqçi təyin oluna bilər. Bu barədə “Herald Scotland” nəşri məlumat yayıb. Xəbərdə, Lemannın “Dandi Yunayted”də baş məşqçi postuna ən real namizədlərdən olduğu bildirilir.

Futbolçu karyerası ərzində “Arsenal”, “Şalke” və “Milan” çıxış edən Lemann, hazırda Almaniyanın “Auqsburq” klubunda məşqçilik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button