“Arsenal”dan ayrılmaq istəyən hücumçu “Barselona”ya keçə bilər

“Arsenal” klubunda əsas komandanın heyətindən kənarlaşdırılan və kapitanlığı əlindən alınan hücumçu Pyer-Emerik Obameyanq qışda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, İspaniyanın “Barselona” klubu qabonlu hücumçunun vəziyyəti ilə yaxından maraqlanır. Bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

“Barselona” hücum xəttindəki problemləri həll etmək üçün Obameyanqı heyətinə qatmaq istəyir.

32 yaşlı futbolçu qışda azad agent kimi Kataloniya klubuna keçə bilər.

Obameyanq intizam qaydalarını pozduğu üçün “Arsenal”ın əsas heyətindən kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button