İngiltərə klubu Kamavinqa üçün hərəkətə keçib

“Arsenal” heyətini gücləndirmək üçün transfer bazarında fəallaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın əsas hədəflərindən biri “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqadır.

Komandanın baş məşqçisi Mikel Arteta yarımmüdafiədə geniş seçim imkanına malik olmaq və rotasiya tətbiq etmək istəyir. Klub rəhbərliyi hesab edir ki, Kamavinqanın transferi orta xəttə müxtəliflik və keyfiyyət qatacaq.

“Real” fransalı futbolçunun satış variantını nəzərdən keçirə bilər. Bunun üçün isə təklifin 50 milyon avrodan yuxarı olması tələb olunur.

Kamavinqanın Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button