“Arsenal”ın Jesus üçün tələbi məlum olub

“Arsenal” hücumçu Qabriel Jesusun transferi ilə bağlı güzəştə getmək niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun müqavilə müddətinin bitməsinə bir il qalsa da, İngiltərə klubu onu aşağı qiymətə satmağı düşünmür. Bir sıra klublar artıq forvardın transfer imkanlarını öyrənmək üçün “topçular”la əlaqə saxlayıb. “Arsenal” isə Jesus üçün 18-20 milyon funt sterlinq (təxminən 20-23 milyon avro) tələb edir. Klubun yalnız uyğun təklif gələcəyi halda transferə razılıq verəcəyi bildirilib.

29 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 27 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button