
“Arsenal” milli komandanın üzvünü “qaralayıb”
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi “Arsenal”ın yeni transfer hədəfi ola bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
“Topçular” 25 yaşlı futbolçunun transferində maraqlıdır. Onun komandaya cəlb olunması Lyuis-Skellinin (“Arsenal”ın yarımmüdafiəçisi) özünün üstünlük verdiyi yarımmüdafiə mövqeyinə qayıtmasına şərait yarada bilər.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 28 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. Daha əvvəl yayılan xəbərlərə əsasən, o, “Kristal Pelas”la yayda başa çatacaq müqaviləsinin müddətini uzatmaq niyyətində deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



