
“Arsenal” gürcü futbolçunu transfer edə bilməyəcək
Tanınmış futbol insayderi Fabrizio Romano PSJ-nin vingeri Xviça Kvaratsxeliya ilə bağlı transfer iddialarına aydınlıq gətirib.
Komanda.az xəbər verir ki, o, gürcü futbolçunun “Arsenal”a keçidinin real görünmədiyini deyib:
“Kvaratsxeliyanın “Arsenal”a transferi ilə bağlı suallar var. “Topçular”ın yayda onu heyətinə qatması çox çətindir. Çünki PSJ-də gürcü futbolçunu toxunulmaz oyunçu hesab edirlər. London klubu onu əldə edə bilməyəcək və parislilər futbolçunu komandada saxlayacaq”.
Kvaratsxeliya ötən ilin yanvarından etibarən PSJ-nin formasını geyinir. O, cari mövsümdə 35 oyunda meydana çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



