“Arsenal” 4 mövqeni gücləndirmək istəyir

“Arsenal” yay transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi yeni mərkəz hücumçusu, cinah oyunçusu, mərkəz yarımmüdafiəçisi və sağ cinah müdafiəçisi transfer etməyi planlaşdırır. “Topçular”ın əsas hədəfi isə “Atletiko”nun hücumçusu Xulian Alvares hesab olunur.

“Arsenal” qısa müddət əvvəl İngiltərə Premyer Liqasının çempionu olub. Bu, klub üçün son 22 ildə ilk çempionluq tituludur.

Bundan əlavə, Mikel Artetanin komandası mayın 30-da UEFA Çempionlar Liqasını qazanmaq şansı əldə edəcək. Londonlular finalda turnirin son qalibi PSJ ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button