“Arsenal” da istəyir – “Milan”ın hədəfində olan futbolçunu

Braziliya milli komandasının heyətində Amerika kubokunda göstərdiyi oyunla diqqətləri üzərinə çəkən Everton karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, “Qremio”nun şərəfini qoruyan futbolçu, “Arsenal”ın transfer hədəfindədir. “Topçular”ın həm futbolçuyla, həm də klubu ilə razılıq əldə etdiyi və yaxın günlərdə transferi rəsmiləşdirəcəyi bildirilir.

23 yaşlı futbolçunun transferi 60 milyon avro olaraq qiymətləndirilir.

Klubla 2022-ci ilədək müqaviləsi olan Everton, son mövsümdə iştirak etdiyi 12 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”ın da maraq dairəsində olduğu deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button