Braziliyalı hücumçu “Arsenal”dan ayrılacaq

“Arsenal”ın hücumçusu Qabriel Jesus mövsümün sonunda komandadan ayrılacaq.

Komanda.az “Topskills Sports UK”-ya istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 28 yaşlı futbolçunun yüksək maaşını nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmamaq qərarına gəlib.

Bildirilir ki, “topçular”da yaxın vaxtlarda ciddi kadr dəyişiklikləri gözlənilir.

Braziliyalı forvard cari mövsümdə bütün turnirlərdə 21 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Arsenal”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button