“Arsenal”a keçməyə razıdır

“Bayer”in (Leverkuzen) hücumçusu Mussa Diabi karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı fransalı futbolçu “Arsenal”a keçməyə razıdır.

Diabi bu mövsüm “Bayer”də 22 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button