“Arsenal” Belçika çempionatının bombardiri ilə maraqlanır

“Arsenal” Belçika “Brügge”sinin hücumçusu Nikolo Tresoldi ilə maraqlanır.

21 yaşlı futbolçu hazırda Belçika çempionatının bombardirlər yarışına başçılıq edir. O, 29 oyunda vurduğu 12 qolla turnirin ən məhsuldar oyunçularından biridir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” almaniyalı forvardın çıxışını yaxından izləyirlər.

“Arsenal” yay transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır və “Brügge”nin oyunçusu mümkün namizədlərdən biri hesab olunur.

Tresoldi cari mövsümdə bütün turnirlərdə 47 oyunda meydana çıxaraq, 16 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button