
“Arsenal” 70 milyon avroya yarımmüdafiəçi ala bilər
“Arsenal” heyətini gücləndirmək üçün “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” ingiltərəli futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirir. Bildirilir ki, Skottla İngiltərənin digər klubları da maraqlanır.
“Bornmut” isə aparıcı oyunçusunu satmaq niyyətində deyil və onun üçün 60 milyon funt sterlinq (təxminən 70 milyon avro) tələb edir.
22 yaşlı yarımmüdafiəçi cari mövsümdə baş məşqçi Andoni İraolanın rəhbərliyi altında 39 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Skottun “Bornmut”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



