“Arsenal” 5 klubla yarışacaq – “Ukraynalı Neymar”a görə

“Şaxtyor”un (Donetsk) yarımmüdafiəçisi Mixailo Mudrik hələ də London “Arsenal”ının maraq dairəsindədir.

Komanda.az xəbər verir ki, İngiltərə təmsilçisi “Ukraynalı Neymar” kimi tanınan 21 yaşlı yarımmüdafiəçinin transferi uğrunda beş klubla mübarizə aparmalı olacaq. Bu barədə “The Sun” məlumat yayıb.

Xəbərdə bildirilir ki, “topçular” yay transfer pəncərəsi dövründə futbolçu ilə şəxsi şərtləri razılaşsa da, keçid baş tutmayıb. “Arsenal”ın baş məşqçisi Mikel Arteta Mudrikin transferini israrla istəyir.

Mudrik bu mövsüm bütün turnirlərdə beş matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin