Argentinalılar petisiya başladıb: “Fransa, bəsdir ağladın”

Argentinalılar Fransa millisinin DÇ-2022-nin final görüşünün yenidən keçirilməsi ilə bağlı müraciətinə cavab olaraq petisiya başladıb.

Komanda.az “change.org” saytına istinadən xəbər verir ki, “Fransa, bəsdir ağladın” adlı aksiyaya 250 mindən çox insan qoşulub.

Petisiyanın məzmunu aşağıdakı sözlərlə təsvir edilib:

“DÇ-2022-nin finalında məğlubiyyətdən sonra fransızlar ağlamaqdan və şikayətlənməkdən əl çəkmirlər. Argentinanın dünya çempionu olduğunu etiraf etmirlər. Bu petisiya onların ağlamağı dayandırmaları və Lionel Messinin futbol tarixinin ən yaxşısı olduğunu, Kilian Mbappenin isə onun oğlu olduğunu qəbul etmələri üçün xahişdir”.

Fransızlar Messinin 108-ci dəqiqədə vurduğu 2-ci qol zamanı Argentina millisinin 3 futbolçusunun meydana daxil olduğunu iddia edirlər. Bu, FİFA reqlamentinin pozulmasıdır. Onlar məhz bu səbəbdən görüşün yenidən keçirilməli olduğunu bildirirlər.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button