Argentinalı müdafiəçi “Bornmut”dan ayrıla bilər

“Bornmut”un müdafiəçisi Markos Senesi cari mövsümün sonunda komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun gələcəyi yaxın zamanda həll olunacaq.

Senesi ilə “Yuventus”, “Tottenhem”, “Aston Villa” və Dortmund “Borussiya”sı kimi klublar maraqlanır. Həmçinin, müdafiəçini “Barselona” da izləyir.

Argentinalı futbolçu bu mövsüm bütün turnirləri nəzərə almaqla 30 oyunda iştirak edib və 4 məhsuldar ötürmə verib. Onun “Bornmut”la müqaviləsinin müddəti yayda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button