Argentinalı futbolçunun cəsədi tapıldı

Argentinalı futbolçu Emiliano Salanın cəsədi tapılıb.

Komanda.az xəbər verir ki, İngiltərə polisi bu haqda məlumat yayıb. Salanın cəsədinin Portlend limanına aparıldığı bildirilib. Bununla bağlı futbolçunun ailəsinə məlumat verilib.

Xilasedicilər Salanın olduğu güman edilən cəsədi parçalanmış təyyarədən çıxarıblar. Tibbi ekspertizadan sonra meyitin Salaya aid olduğu təsdiqlənib.

Sala “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button