“Çelsi” argentinalı futbolçudan razı qalmayıb

“Çelsi” yarımmüdafiəçisi Alexandro Qarnaço ilə bağlı qərarını nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisində argentinalı futbolçunun gözləntiləri doğrultmadığı düşünülür. Klub bu səbəbdən, yaxın transfer pəncərəsində onun satışı variantına açıqdır.

“Çelsi” Qarnaçonu ötən ilin yayında “Mançester Yunayted”dən transfer etmişdi. Onun yeni komandadakı çıxışı hələlik sabitliyi ilə seçilmir.

21 yaşlı oyunçunun London klubu ilə müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir. Onun komandası hazırda Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və UEFA Çempionlar Liqası zonasından 7 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button