“Barselona” Argentina millisinin futbolçusunu istəyir

“Barselona” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “İnter”dən Lautaro Martinesi transfer etmək istəyir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın 21 yaşlı futbolçunun meneceri ilə əlaqəyə girdiyi və “İnter”ə rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir.

Martinesin transfer məbləği 112 milyon avrodur.

2018-ci ildə “İnter”ə transfer olunan hücumçunun müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Lautaro Martines Argentina millisində iştirak etdiyi 9 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button