DÇ-2022-də Argentinaya kömək edilib? – Deşamdan vacib açıqlama

Fransa millisinin baş məşqçisi Didye Deşam 2022-ci il dünya çempionatının finalını xatırlayaraq, Argentina yığmasının qələbəsi barədə səsləndirilən iddialara münasibət bildirib.

Həmin final matçında Argentina və Fransa milli komandaları əsas və əlavə vaxtın yekununda qalibi müəyyən edə bilməmişdi – qarşılaşma 3:3 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında isə argentinalılar daha dəqiq olaraq, dünya çempionu olmuşdular.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis, Argentina millisinin turnirdə hakimlərin köməyi ilə qalib gəlməsi barədə fikirlərlə razı deyil:

“2022-ci il mundialında Argentinanın rəqiblərinin qapısına təyin olunan yeganə mübahisəli penalti Polşa yığması ilə oyunda idi və o da qola çevrilmədi. Komanda turnirdə vurduğu 15 qoldan yalnız dördünü penaltidən reallaşdırıb. İlk matçda hakim onların üç qolunu ləğv etmişdi. Niderland millisi ilə qarşılaşmada isə məncə, hakim həddindən artıq çox əlavə vaxt verdi və mübahisəli qayda pozuntusu qeydə aldı. Finalda Argentina yığmasına kömək edildiyini deyənləri başa düşmürəm. Penalti epizodu ilə bağlı biz də şikayət etmədik, çünki hər şeyin ədalətli olduğunu gördük. Sadəcə, Argentina və Fransanı təbrik edə bilərəm: birlikdə mundiallar tarixinin ən möhtəşəm finalını bəxş etdilər”.

DÇ-2026 başa çatdıqdan sonra Didye Deşam Fransa millisinin baş məşqçi postunu tərk edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button