Ardıcıl 3-cü dəfə çempion oldular

Futbol üzrə Belarus çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Soliqorsk “Şaxtyor”u 30-cu turda “Belşina”nı 4:1 hesabı ilə məğlub edərək çempionluğu təmin edib.

Bu qələbə sayəsində xalını 65-ə yüksəldən komanda rəqibləri üçün əlçatmaza çevrilib. “Energetik-BGU” 60 xalla 2-ci yeri tutubsa, Borisov BATE-si 59 xalla 3-cü olub.

“Şaxtyor” ardıcıl 3-cü, klub tarixində isə 4-cü dəfə Belarus çempionu olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button