
Arda Turanın ən xoşbəxt anı
Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan komandasının UEFA Konfrans Liqasındakı çıxışını dəyərləndirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis yarımfinala yüksəlməyi karyerasının ən xoşbəxt anı adlandırıb:
“Ən xoşbəxt anım məhz hazırkı andır. Çünki komandamız özü üçün mümkün olan ən yüksək nöqtəyə çatdı”.
O, “Şaxtyor”un turnirlə vidalaşmasına görə kədərləndiyini də gizlətməyib.
Ukrayna təmsilçisi yarımfinalın cavab matçında dünən “Kristal Pelas”a 1:2 hesabı ilə məğlub olub. İlk matçda da ingilislər qalib (3:1) gəlmişdi.
“Kristal Pelas” finalda “Strasburq”u mübarizədən kənarlaşdıran (1:0, 1:0) “Rayo Valyekano” ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



